İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
Azərbaycanda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi “Şəki Yaylası” istirahət mərkəzinin fəaliyyəti tamamilə dayandırılıb.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, istirahət mərkəzinin nümayəndəsinin sözlərinə görə, hazırda obyekt üzrə istintaq prosesi davam etdiyi üçün fəaliyyət ilin sonunadək tamamilə dayandırılıb. “Ola bilsin ki, ilin sonunda açılar”, – deyə o əlavə edib.
Bununla yanaşı, bölgəyə gələn qonaqların xəbərdar olması və kənd, həmçinin dağ dolaylarındakı yollardan geriyə qayıtmamaları məqsədilə Şəki-Qaraməryəm-Bakı magistral yoluna xüsusi xəbərdarlıq lövhəsi də quraşdırılıb.
No Comment! Be the first one.