İlham Əliyev: “Biz hər zaman ayıq-sayıq olmalıyıq”
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyətimizin milli ideya – azərbaycançılıq ətrafında sıx birləşdiyini vurğulayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı bu birliyin ölkəmizin tarixinin ən çətin mərhələlərində, xüsusilə də Vətən müharibəsi zamanı “dəmir yumruq” kimi özünü büruzə verdiyini bildirib.
Azərbaycan cəmiyyətinin bu gün bütün məsələlərdə həmrəylik nümayiş etdirdiyini qeyd edən Prezident İlham Əliyev ölkə daxilində hər hansı riskin mövcud olmadığını diqqətə çatdırıb:
“Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq”.
No Comment! Be the first one.