İlham Əliyev: “Bu şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik”
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra görülən işlər və ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlardan danışıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı şanlı zəfərdən sonra bütün fəaliyyətin ölkənin suverenliyinin tam bərpasına yönəldildiyini vurğulayıb.
Ölkə rəhbəri bu dövr ərzində fasiləsiz iş aparıldığını diqqətə çatdıraraq bildirib:
“Bizim şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi. Bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik”.
No Comment! Be the first one.