İlham Əliyev Hakan Fidanı qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
hadiseler.info xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri, regional təhlükəsizlik və son dövrlərdə baş verən siyasi proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edir.
No Comment! Be the first one.