İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı IV Beynəlxalq Konfransın iştirakçılarına müraciət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın iştirakçılarına müraciət ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısının müraciətini Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev səsləndirib.
Prezident müraciətində itkin düşmüş şəxslər probleminin silahlı münaqişələrin ən ağır nəticələrindən biri olduğunu və buna ümumbəşəri humanitar problem kimi yanaşıldığını vurğulayıb. Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 010 azərbaycanlının itkin düşdüyünü xatırladaraq, işğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlığın aşkar edildiyini diqqətə çatdırıb. İlham Əliyev Ermənistanın itkin düşmüş şəxslərin taleyi və dəfn yerləri barədə məlumatları təqdim etməli olduğunu, həmçinin BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasının vacibliyini bəyan edib.
No Comment! Be the first one.