İlham Əliyev: “Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklərdən və əldə olunan tarixi uğurlardan danışıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı o dövrdə ölkənin böyük bir humanitar fəlakətlə üz-üzə qaldığını vurğulayıb:
“Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda. Bu bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq. Heç kim bizə kömək etmirdi, 1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi. Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaq üstündə möhkəm dayanmışıq. Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti bax, bütün bu uğurlu addımlara səbəb oldu”.
Prezident qeyd edib ki, qələbələrimizin başlanğıcı məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövrə təsadüf edir. İlham Əliyev bildirib ki, 1993-2003-cü illər ərzində Azərbaycan beynəlxalq təcriddən çıxmağı bacarıb:
“Çünki o vaxt işğala məruz qala-qala bizə qarşı sanksiyalar tətbiq edilirdi. Məhz AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, o cümlədən xarici siyasəti nəticəsində. 907-ci maddəyə düzəliş o vaxt qəbul edilmişdi və bu günə qədər tam aradan qaldırılmayıb. Biz faktiki olaraq dünyada təcavüzkar kimi təqdim olunurduq. O səviyyəsiz AXC-Müsavat hakimiyyəti əlini ağdan-qaraya vurmadı ki, bunu dəyişdirsin. Yəni biz beynəlxalq təcriddən çıxmalı idik, öz mövqeyimizi bildirməli idik, haqlı olduğumuzu sübut etməli idik. Buna nə qədər vaxt lazım oldu. Nəhayət biz buna nail olduq”.
Dövlət başçısı əlavə edib ki, BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və hətta Avropa Parlamenti də daxil olmaqla beynəlxalq təşkilatlar bir-birinin ardınca Azərbaycanın mövqeyini, reallıqları əks etdirən qərarlar qəbul edib. O, həmçinin vurğulayıb ki, empty xəzinəyə xarici sərmayələrin cəlb edilməsi və iqtisadiyyatın bərpası Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində mümkün olub.
No Comment! Be the first one.