İlham Əliyev: “Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib”
Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq münasibətlərdəki adalətsiz yanaşmalara diqqət çəkib.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın beynəlxalq müstəvidə ikili standartlara qarşı mübarizə apardığını vurğulayıb:
“Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir”.
Prezident İlham Əliyev ölkəmizin müstəqillik illərindən bəri bu problemlə üz-üzə qaldığını qeyd edib:
“Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir”.
No Comment! Be the first one.