İlham Əliyevin Qırğızıstan səfəri əhəmiyyəti
Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasətinin növbəti mühüm addımıdır.
hadiseler.info xəbər verir ki, bu səfər Azərbaycan-Qırğızıstan müttəfiqlik münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirməklə yanaşı, ölkəmizin Mərkəzi Asiyada artan nüfuzunu və Cənubi Qafqazla bu region arasında mühüm nəqliyyat-logistika körpüsü rolunu möhkəmləndirir.
Səfər çərçivəsində Orta Dəhlizin inkişafı, Azərbaycanın Şərqlə Qərb arasında nəqliyyat-tranzit mərkəzinə çevrilməsi və regionlararası iqtisadi əlaqələrin gücləndirilməsi kimi prioritet məsələlər müzakirə olunub. Eyni zamanda, etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında yaşıl enerji xəritəsində tutduğu mövqeyə toxunulub, ortaq tarix və mənəvi dəyərlərə əsaslanan Türk dünyasının həmrəyliyinin vacibliyi vurğulanıb.
Bu səfər Azərbaycanın regional liderliyini, milli maraqlarını qətiyyətlə müdafiə etmək bacarığını və beynəlxalq müstəvidə artan nüfuzunu bir daha təsdiqləyir.
No Comment! Be the first one.