İndoneziyada dəhşətli zəlzələ: Ölənlərin sayı 70-i keçdi, mindən çox yaralı var
İndoneziyada baş verən güclü zəlzələ nəticəsində tələfatın və dağıntıların miqyası böyüyür.
hadiseler.info “Jakarta Globe” qəzetinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 70 nəfərə çatıb, 1182 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Təxminən 40 min insan evsiz qalıb.
Yeraltı təkanlar nəticəsində 11 925 ev, 663 məktəb, 184 dövlət müəssisəsi, 182 xəstəxana və 173 ibadət evi daxil olmaqla kütləvi infrastruktur sıradan çıxıb. Bəzi bölgələrdə kiçikçaplı sunami dalğaları da qeydə alınıb. Dağıntılar altında qalanların axtarış-xilasetmə tədbirləri fasiləsiz davam etdirilir.
Xatırladaq ki, avqustun 15-də İndoneziyanın Şərqi Nusa Tenqara əyalətində 7.7 maqnitudalı zəlzələ baş verib.
No Comment! Be the first one.