İndoneziyada güclü partlayış: 40-dan çox binaya ziyan dəydi, yaralılar var
İndoneziyanın Surabaya şəhərində yerləşən yaşayış kompleksində güclü partlayış baş verib.
hadiseler.info “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, hadisə şəhərin San Antonio küçəsindəki “Pakuwon City” kompleksində qeydə alınıb.
“Antara” xəbər agentliyinin məlumatına görə, partlayış zamanı şüşə qırıntıları və divar qalıqları ətrafa səpələnib. Nəticədə ərazidəki 40-dan çox binaya ciddi ziyan dəyib, 5 nəfər xəsarət alıb.
İlkin ehtimala əsasən, fəlakətə restorandakı maye qaz balonunun sızması səbəb olub. Fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması üçün küçə müvəqqəti olaraq nəqliyyatın və piyadaların hərəkətinə bağlanıb.
No Comment! Be the first one.