İordaniyada kilsəyə hücum – 7 nəfər həlak oldu
İordaniyada yerləşən kilsələrdən birində din xadimləri və ibadət edənlərə qarşı silahlı hücum törədilib. Naməlum şəxs kilsəyə daxil olaraq ərazidəki insanlara qəfil atəş açıb.
hadiseler.info xəbər verir ki, faciəvi hadisə ölkənin Karak əyalətində qeydə alınıb. “CNN” telekanalının yaydığı məlumata görə, silahlı basqın nəticəsində azı 7 nəfər həyatını itirib.
Hadisəni törədən şəxsin şəxsiyyəti və hücumun motivləri barədə hələlik rəsmi açıqlama verilməyib. Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub, faktla bağlı genişmiqyaslı araşdırma aparılır.
No Comment! Be the first one.