Narkotacirlərin tapşırıqlarını yerinə yetirən şəxslər ələ keçdi – ƏMƏLİYYAT VİDEOSU
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti irimiqyaslı xüsusi əməliyyat tədbirləri keçirib.
hadiseler.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Paytaxt Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərində ardıcıl təşkil olunan əməliyyatlar zamanı Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Keçirilən baxış tədbirləri zamanı həmin şəxslərdən ümumilikdə 82 kiloqram müxtəlif xassəli güclü təsirə malik narkotik vasitə və 6 365 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb.
Aparılan ilkin istintaq-araşdırma tədbirləri ilə saxlanılan dəstə üzvlərinin xarici ölkələrdə məskunlaşan narkotacirlərin birbaşa tapşırıqları ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil etdikləri sübuta yetirilib. Faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.