Moskvada uçuşlar təxirə salındı
Rusiyanın paytaxtı Moskva şəhərinin ən böyük hava limanlarından biri olan “Şeremetyevo”da gözlənilməz təhlükəsizlik həyəcanı qaldırılıb. Hava hücumu xəbərdarlığı səbəbindən aeroport ərazisindəki sərnişinlərin təxliyəsinə başlanılıb.
hadiseler.info “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, yaranmış təhlükəsizlik riski ilə əlaqədar hava limanının bütün terminallarının steril zonalarına giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. Sərnişinlər binadan təxliyə olunur və mövcud vəziyyətlə bağlı ardıcıl olaraq məlumatlandırılırlar. Uçuşların bərpası və hava məkanının təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görülür.
No Comment! Be the first one.