İrakli Kobaxidze: “Azərbaycan, Gürcüstan və Türkiyə əlaqələrini gücləndirmək vacibdir”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze region ölkələri arasındakı strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
hadiseler.info xəbər verir ki, hökumət rəhbəri jurnalistlərə açıqlamasında Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini bildirib.
Kobaxidze qeyd edib ki, ölkəsinin Azərbaycan və Türkiyə ilə münasibətlərində çox müsbət dinamika mövcuddur və bu istiqamətdə fəal işlər davam etdiriləcək.
No Comment! Be the first one.