Magistraturaya qəbul olanlar üçün müddət uzadıldı
Magistraturaya qəbul olunan bakalavrlar üçün elektron qeydiyyat müddəti uzadılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeydiyyat prosesi 13 avqust saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı vasitəsilə həyata keçirməlidirlər. Qeydiyyatın əvvəlcə 12 avqust saat 18:00-da başa çatması nəzərdə tutulmuşdu.
No Comment! Be the first one.