İran ABŞ ilə ehtimal olunan müharibəyə hazırlaşır
İran rəhbərliyi nüvə obyektlərinin müdafiəsini gücləndirir və ABŞ-də keçiriləcək Konqres seçkilərindən sonra Vaşinqtonla hərbi qarşıdurmanın bərpa olunması ehtimalına qarşı hazırlıq işləri görür.
hadiseler.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehran strateji nüvə obyektləri ətrafında təhlükəsizlik tədbirlərini artırıb və regional rəsmilərə münaqişənin Bəsrə körfəzi sərhədlərini aşa biləcəyi barədə xəbərdarlıq edib. Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun təhlil etdiyi peyk görüntülərində İranın Nətənz və Pik-Mauntin nüvə obyektləri ətrafında torpaq sədlər ucaltdığı görünür. MAQATE rəhbəri Rafael Qrossi də ərazidə tikinti hərəkətliliyini təsdiqləyib.
İranın fövqəladə planlaşdırmaya cavabdeh generalı Qolamreza Cəlali ölkənin dəniz və hava limanlarının, həmçinin elektrik stansiyalarının hərbi rejimə gətirildiyini açıqlayıb. Rəsmi Tehran ABŞ-nin olası zərbələrinə cavabın daha sərt olacağını bəyan edib.
No Comment! Be the first one.