İran ABŞ-nin hərbi bazalarını VURDU
İran Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarını pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb.
hadiseler.info xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İran ordusunun onlarla PUA-sı BƏƏ-də yerləşən “Əd-Dəfra” və “Əl-Minhad” hərbi bazalarında ABŞ qoşunlarının radar sistemlərini və yerləşdirmə məntəqələrini hədəf alıb.
“Tasnim” agentliyinin məlumatına əsasən, Bəhreyndəki “Şeyx İsa” bazasında yerləşən radar qurğuları və ABŞ ordusunun canlı qüvvəsinin toplanma mərkəzi də kütləvi PUA hücumlarına məruz qalıb.
No Comment! Be the first one.