İran BƏƏ, Bəhreyndə ABŞ bazalarına zərbələr endirdi- VİDEO
İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə qarşı kütləvi hücumlar təşkil edib.
hadiseler.info xəbər verir ki, İran ordusu BƏƏ-nin “Əd-Dəfra” və “Əl-Minhad” bazalarında ABŞ qoşunlarının dislokasiya məntəqələrini və radiolokasiya sistemlərini PUA-larla vurub. “Tasnim” agentliyinin məlumatına əsasən, Bəhreynin “Şeyx-İsa” bazasındakı radiolokasiya obyektləri və ABŞ ordusunun toplanış mərkəzi də PUA hücumlarına məruz qalıb.
Bundan əlavə, SEPAH Küveytdəki “Əli əs-Saləm” aviabazasına, həmçinin İraq Kürdüstanının Ərbil şəhərindəki ABŞ bazalarına raket və PUA zərbələri endirib. “Fars” agentliyinin məlumatına görə, Ərbildə ABŞ ordusunun təmir mərkəzi, avadanlıq anbarları və casus aerostatının yönləndirmə sistemi sıradan çıxarılıb.
Öz növbəsində, Bəhreynin HHM sistemləri ölkə ərazisinə hücum etməyə cəhd göstərən İrana məxsus bir neçə PUA-nı havada zərərsizləşdirib
No Comment! Be the first one.