İran vətəndaşına narkokuryerlik edən şəxslər tutuldu- VİDEO
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
hadiseler.info xəbər verir ki, əməliyyat zamanı şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar. Onların üzərindən 3 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı saxlanılan şəxslərin narkotik vasitələri satış məqsədilə İran vətəndaşından əldə etdikləri müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.