Rusiyalı general güllələndi: Vəziyyəti kritikdir
Rusiya Kosmik Qüvvələrinin 22-ci ağır bombardmançı diviziyasının komandiri, general-mayor Nikolay Varxapoviçə qarşı sui-qəsd cəhdi olub.
hadiseler.info xəbər verir ki, hadisə Engels şəhərində qeydə alınıb. Ukrayna Teleqram kanallarının yaydığı məlumata görə, hücum nəticəsində rusiyalı general ağır yaralanıb.
Bildirilir ki, N.Varxapoviç baş və qarın nahiyəsindən iki güllə yarası alıb. Hazırda onun səhhətinin kritik olduğu vurğulanır.
No Comment! Be the first one.