İranda məcburi geyim tələbi insanları işsiz qoyur
İranda məcburi geyim tələbinə əməl etməyən əməkdaşların işdən çıxarılması ilə bağlı məlumat yayılıb.
Hadiseler.info xəbər verir ki, bu barədə “Azad İran” YouTube kanalının videosüjetində bəhs edilir.
Məlumata görə, İranın ən iri banklarından olan Pasarqad Maliyyə Qrupunda əməkdaşların geyim formasına əməl etmədikləri üçün işdən çıxarıldığı bildirilir. Qrupa daxil olan PAD şirkətinin 15 əməkdaşı oktyabrın 27-də Pasarqad Bankının baş direktoru Məcid Qasiminin müəssisəyə gəlişi zamanı işini itirib. Onlardan 14 qadın məcburi hicab qaydalarına əməl etmədiyinə, bir kişi isə cins şalvar geyindiyinə görə işdən çıxarılıb.
İddiaya görə, Qasimi elə oradaca onların işdən çıxarılması barədə göstəriş verib və həmin gün şirkətin icraçı direktorunu da vəzifəsindən azad edib.
Bir neçə saat sonra qrupun digər şirkətlərinin əməkdaşlarına da “Sabah müəyyən edilmiş geyim qaydalarına uyğun geyinib gəlin, əks halda içəri buraxılmayacaqsınız!” məzmununda mesaj göndərilib.
Bir gün əvvələ qədər işə mantosuz və məcburi hicabsız gələn əməkdaşlar üçün bu mesaj iş şəraitinin qəfil dəyişməsinə səbəb olub. Onlar çadra və rəsmi iş geyimi almaq, ayaqqabılarını dəyişmək və yeni göstərişə uyğunlaşmaq məcburiyyətində qalıblar.
Pasarqad Maliyyə Qrupuna daxil olan müəssisələrdə 40 mindən çox insanın işlədiyini nəzərə alsaq, məcburi geyim tələbinin təsir dairəsinin on minlərlə insanı əhatə etdiyi bildirilir.
No Comment! Be the first one.