İspaniyada hər il ənənəvi olaraq keçirilən “Castell de l’Olla” atəşfəşanlıq festivalında pirotexniki vasitələrin nasazlığı səbəbindən 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisələr.info “Cadena SER”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumatı tədbirin təşkilatçıları təsdiqləyiblər. Bildirilib ki, xəsarət alan şəxslər dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Qeyd edək ki, Alikante vilayətinin Altea şəhərində artıq 40 ildir təşkil olunan bu möhtəşəm festivalı izləmək üçün 100 minə yaxın insan toplanıb. Fişənglər dəniz üzərində quraşdırılmış xüsusi platformalardan buraxılırmış.

No Comment! Be the first one.