İspaniyada güclü zəlzələ: Xəsarət alanlar var
İspaniyanın Qranada əyalətində baş verən zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb.
hadiseler.info “ABC” qəzetinə istinadən xəbər verir ki, səhər saatlarında 4.7 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Zərərçəkənlərin yüngül xəsarətlər aldığı və bir nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində Qranada rəhbərliyi inzibati binaları, muzeyləri və idman komplekslərini ziyarətçilər üçün müvəqqəti bağlayıb. Hazırda yalnız sosial xidmət müəssisələri fəaliyyətini sürdürür. Yerli xilasetmə xidmətləri torpaq sürüşmələri və çatlar barədə çoxsaylı müraciətlər qəbul ediblər.
Aşmış ağaclar, zədələnmiş avtomobillər və küçələrə tökülmüş dağıntılar sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunub. Avqustun 15-də də ərazidə 5 maqnitudalı zəlzələ qeydə alınmışdı.
No Comment! Be the first one.