İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 4 359-a çatıb
Livanın cənub və şərq bölgələrinə endirilən növbəti aviazərbələr ölkədəki tələfatın miqyasını daha da artırıb.
hadiseler.info xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin açıqladığı son rəsmi hesabatda İsrail Hərbi Hava Qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində azı 5 dinc sakinin həlak olduğu, 37 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Səhiyyə qurumunun məlumatına görə, martın 2-dən bəri davam edən hərbi gərginlik dövründə ümumi mənzərə aşağıdakı kimidir:
Həlak olanlar: 4 359 nəfər
Yaralananlar: 12 362 nəfər
Bölgədə hərbi gərginlik və aviazərbələr davam edir.
No Comment! Be the first one.