İsrail oktyabrın əvvəli İrana kütləvi zərbə vuracaqmış – Kim mane olub?
İsrailin Baş naziri Binyamin Netanyahu oktyabr ayının əvvəlində ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) İran ərazisinə genişmiqyaslı hava zərbələri endirmək barədə əmr verib, lakin Birləşmiş Ştatların müdaxiləsi nəticəsində əməliyyat təxirə salınıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşri mötəbər mənbələrə dayanaraq məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, hücumun oktyabrın 10-da həyata keçirilməsi planlaşdırılıb və İsrail hərbçiləri əməliyyatın start götürməsinə tam hazır vəziyyətə gətirilib. Lakin ABŞ Prezidenti Donald Tramp bu hərbi addıma qətiyyətlə qarşı çıxdıqdan sonra Netanyahu HHQ rəhbərliyinə hücum hazırlıqlarının ləğv edilməsi barədə xüsusi göstəriş verib.
Məllumatda qeyd olunur ki, ləğv edilən hərbi əməliyyat nəticəsində İrandakı hədəflərə vurulacaq dağıntıların miqyasının bu ilin fevral ayının sonu – mart ayının əvvəlində endirilən zərbələrin dəymiş zərər səviyyəsi ilə müqayisə oluna biləcək miqyasda nəzərdə tutulduğu bildirilir.
No Comment! Be the first one.