İsrail Prezidenti onları mükafatlandıracaq
İsrail Prezidenti İshaq Hersoq Dubaydan Təl-Əvivə uçan təyyarədə baş verən dəhşətli insident zamanı faciənin qarşısını alan 4 nəfəri Mülki Qəhrəmanlığa görə Prezident Təltifinə layiq görməyi planlaşdırır.
hadiseler.info xəbər verir ki, bu barədə Hersoqun ofisi məlumat yayıb. Prezident İshaq Hersoq baş verə biləcək faciənin qarşısını alan 4 israilliyə ölkənin en yüksək mülki mükafatının verilməsini tövsiyə edəcək. Bu mükafat fədakar insanların həyatlarını təhlükəyə ataraq başqalarını xilas etməsinin İsrail dövləti tərəfindən tanınmasını simvolizə edir.
Qeyd edək ki, BƏƏ-dən Təl-Əvivə uçan “Flydubai” laynerində ikinci pilot kapitanı bıçaqla yaralayaraq təyyarəni yerə çırpmağa cəhd edib. Təyyarə qaçırılma şübhəsi ilə təcili siqnal verdikdən sonra sərnişinlərin və peşəkar kadrların müdaxiləsi ilə təcavüzkar zərərsizləşdirilib və hava gəmisi Səudiyyə Ərəbistanının Təbuk şəhərinə təhlükəsiz eniş edib. İsrailin Baş naziri Benyamin Netanyahu artıq həmin qəhrəman sərnişinlərdən biri olan Yaniv Xayon ilə görüşüb.
No Comment! Be the first one.