İsrail səfiri Gəncə və Mingəçevirə səfər edib
İsrailin Azərbaycandakı səfiri Ronen Kraus avqustun 5-6-da Gəncə və Mingəçevir şəhərlərinə rəsmi səfər edib. Hadisələr.info bildirir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi Mətbuat xidməti məlumat yayıb.
Gəncəyə səfəri çərçivəsində diplomata şəhərin mədəni-tarixi irsi təqdim olunub. Diplomat Ermənistanın raket zərbələri nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə ucaldılan Memorial kompleksi ziyarət edib. Eyni zamanda, səfir Gəncə Şərab Zavodu və Nizami Gəncəvi məqbərəsində olub.
Bundan başqa, səfir Göygöl rayonuna da baş çəkib. O, burada regionun alman irsi və yerli kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub.
Mingəçevirdə sənaye və enerji potensialı müzakirə edilib
Səfərin davamında Ronen Kraus Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Görüşdə diplomata şəhərin sosial-iqtisadi inkişafı və enerji potensialı barədə geniş məlumat verilib.
Çünki tərəflər gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsini vacib hesab edirlər. Həmçinin İsrail səfiri şəhərdəki Sənaye Parkına baş çəkərək oradakı istehsalat prosesi ilə tanış olub.
No Comment! Be the first one.