İstanbul derbisində “Qalatasaray” qalib gəldi
Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində mövsümün ilk nəhəng derbisində “Qalatasaray” doğma meydanda “Fənərbaxça”nı qəbul edib.
hadiseler.info xəbər verir ki, “RAMS Park”da baş tutan gərgin və prinsipial qarşılaşma “sar-qırmızılar”ın qələbəsi ilə başa çatıb.
Oyunun taleyini həll edən yeganə qol matçın 29-cu dəqiqəsində vurulub. “Qalatasaray”ın hücumçusu Viktor Osimhen fərqlənərək komandasına cari mövsümdəki ilk derbi qələbəsini qazandırıb.
No Comment! Be the first one.