Japoniyada populyar “Vivant” serialının izi ilə Azərbaycana turlar başladılıb
hadiseler.info xəbər verir ki, Yaponiyada populyar “Vivant” (“Canlı”) serialının izi ilə Azərbaycana turlar başladılıb: 2026-cı ilin noyabr ayının sonundan 2027-ci ilin oktyabrına qədər planlaşdırılan bəzi səfərlər üçün artıq gözləmə siyahıları var.
“The Japan Times”a istinadən verilən məlumata görə, səfər proqramını “Hankyu Travel International” turoperatoru serialı yaradan “Tokyo Broadcasting System Television” teleşirkəti ilə birgə hazırlayıb.
Turoperatorun nümayəndəsi bildirib ki, “Vivant” sayəsində yapon turistlər Azərbaycana səfərləri aktiv şəkildə bron edirlər. Şirkət yerlərin sayını artırmaq imkanını nəzərdən keçirir.
Yaponiyadan olan serial pərəstişkarları artıq Bakıya gəlirlər. Onların ziyarət etdikləri yerlər arasında Şirvanşahlar Sarayı da var. Saray kompleksinin ərazisindəki hamam xarabalıqlarında hadisələri Qüdsdə cərəyan edən səhnələr çəkilib.
Tamaşaçılara tanış olan daha bir yer Bakıdakı “Bukinist” kitab mağazasıdır. Süjetə görə, ehtimal ki, Yaponiya Özünümüdafiə Qüvvələrinin tərkibinə daxil olan məxfi kəşfiyyat bölməsinin – “Beppan”ın bazası burada yerləşir. Mağazanın müdiri bildirib ki, Yaponiyadan gələn qonaqlar hər gün buraya baş çəkirlər.
Azərbaycan Kino Agentliyinin rəhbəri Rəşad Əzizov hesab edir ki, serial iki ölkəni yaxınlaşdıra bilər. O, Yaponiyadan daha çox turistin onun tarixi abidələrini görmək, memarlığı ilə tanış olmaq və milli mətbəx tamsmlarını dadmaq üçün Azərbaycana gələcəyinə ümid etdiyini bildirib.
Vivant serialı – rejissor Katsuo Fukuzavanın 2023-cü il istehsalı olan genişmiqyaslı kəskin süjetli triller, döyüş və detektividir. Birinci mövsüm Japoniyada, Monqolustanda və digər məkanlarda çəkilib. 2026-cı ildə ekranlara çıxan ikinci mövsümdə hadisələrin və çəkilişlərin böyük bir hissəsi Azərbaycanda, xüsusən də Bakıda baş tutub.

No Comment! Be the first one.