Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edildi — FOTOLAR
Tanınmış azərbaycanlı jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindən oğurlanan bürünc barelyef bərpa olunaraq yenidən yerinə quraşdırılıb.
hadiseler.info “Anews.az”a istinadən xəbər verir ki, barelyefin sentyabrın 9-da yoxa çıxdığı məlum olmuşdu. Polisin operativ tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılmış və bir neçə hissəyə mişarlanmış abidə aşkarlanmışdı.
Kompozisiyanın üzərindəki yazılar kəsilib zədələndiyindən barelyefin yenidən hazırlanmasına qərar verilmişdi. Bərpa işləri dövlət dəstəyi hesabına tam şəkildə həyata keçirilib.


No Comment! Be the first one.