Kadırov İlham Əliyevə başsağlığı verdi: “Bu, bizim ortaq kədərimizdir”
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Bakı-Qroznı marşrutu ilə uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə dərin hüznlə başsağlığı verib.
hadiseler.info xəbər verir ki, Bakıda dövlət başçısının qəbulunda olan Ramzan Kadırov başsağlığı nitqində deyib:
“2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir. Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik”.
No Comment! Be the first one.