Kanadada hərbi bazada partlayış baş verib – VİDEO
Kanadanın “Ueynrayt” hərbi bazasında güclü partlayış və ardından dəhşətli yanğın baş verib.
hadiseler.info xəbər verir ki, faciəvi insident nəticəsində azı 7 nəfər həyatını itirib, onlarla insan isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Bu barədə “Global News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, hadisə bazada keçirilən döyüş atışlı hərbi təlimlər zamanı meydana gəlib. İlkin ehtimallara görə, atəş zamanı hərbi obyektin ərazisindən keçən magistral qaz kəməri zədələnib. Bu da dərhal güclü partlayışa vən ardınca alovun ətrafa yayılmasına səbəb olub.
Bazanın yerləşdiyi Alberta vilayətində müşahidə olunan güclü və şiddətli külək yanğının qısa müddətdə geniş əraziyə bürünməsinə şərait yaradıb. Əraziyə Fövqəladə Hallar xidmətinin qüvvələri və hərbi yanğınsöndürənlər cəlb olunub.
Qeyd edək ki, “Ueynrayt” Kanada Silahlı Qüvvələrinin Edmonton şəhərindən təxminən 180 kilometr cənub-şərqdə yerləşən əsas bazalarından biridir. Bu obyekt ölkənin ən aktiv hərbi poliqonu hesab olunur və burada şəxsi heyət real döyüş əməliyyatlarına hazırlıq təlimləri keçir.
No Comment! Be the first one.