Kiberpolis ƏMƏLİYYAT keçirdi: 3 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində növbəti əməliyyat tədbiri keçirilib.
hadiseler.info xəbər verir ki, kiberpolisin həyata keçirdiyi əməliyyat zamanı Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənov saxlanılıb. Onların ölkə ərazisində fəaliyyəti qadağan olunan “Xbet”, “MostBet” və “Vimpay” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən edilib.
Saxlanılan şəxslərin paytaxt ərazisində icarəyə götürdükləri mənzildən qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün istifadə etdikləri texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul vəsaitləri aşkarlanıb. İstintaq zamanı dəstə üzvlərinin qeyd olunan platformalar vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırdıqları sübuta yetirilib.
Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.