Kiyavdə həlak olan Azərbaycan vətəndaşına görə Zelenskidən başsağlığı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Kiyev vilayətinə hücumu zamanı həyatını itirənlərlə bağlı başsağlığı mesajı yayımlayıb.
hadiseler.info xəbər verir ki, Ukrayna lideri sosial şəbəkə hesabında hücum zamanı iki nəfərin həlak olduğunu və onlardan birinin Azərbaycan vətəndaşı olduğunu bildirib.
Volodimir Zelenski paylaşımında “Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – deyə vurğulayıb.
No Comment! Be the first one.