Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralandı
Ukraynanın paytaxtı Kiyev şəhərinə təşkil edilən dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı xəsarət alıb.
hadiseler.info xəbər verir ki, yaralanan şəxs 1994-cü il təvəllüdlü Şəhriyar Nazim oğlu Hüseynovdur.
Məlumata görə, həmyerlimiz oktyabrın 20-də Kiyevin Çaban ərazisinə Rusiya ordusunun həyata keçirdiyi PUA hücumları nəticəsində yaralanıb.
Xəstəxanaya yerləşdirilən Şəhriyar Hüseynovun hazırda səhhətinin vəziyyətinin stabil olduğu bildirilir.
No Comment! Be the first one.