Albaniyada aksiyalarda 295 nəfər xəsarət alıb
Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə keçirilən etiraz aksiyalarında iştirakçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında şiddətli toqquşmalar davam edir.
hadiseler.info xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, kütləvi aksiyalar artiq 7 gündür səngimək bilmir.
Etirazçılar Baş nazir Edi Ramanın istefasını, ölkənin ali təhsil müəssisələrində təhsil şəraitinin yaxşılaşdırılmasını və korrupsiyaya karşı mübarizənin kəskin şəkildə gücləndirilməsini tələb edirlər.
Ölkədə baş verən iğtişaşlar və qarşıdurmalar nəticəsində ümumilikdə 295 nəfər yaralanıb. Xəsarət alanların 186 nəfərinin polis əməkdaşı olduğu bildirilir.
Gərginlik fonunda Albaniyanın Baş naziri Edi Rama polis rəhbərliyi və təhlükəsizlik strukturları ilə təcili görüş keçirib.
No Comment! Be the first one.