Kiyevdə Rusiyanın hücumu nəticəsində Şimal körpüsü zədələndi
Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın hücumları nəticəsində növbəti strateji infrastruktur obyekti hədəf alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Kiyev merı Vitali Kliçko “Telegram” hesabında məlumat paylaşıb.
Məlumata görə, hücum zamanı şəhərin şərq və qərb hissələrini birləşdirən Şimal körpüsünün yol örtüyü və trolleybus elektrik xətləri zədələnib. Təhlükəsizlik tədbirləri çərçivəsində körpü müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Kiyevin Cənub körpüsünə də çoxsaylı dron hücumları həyata keçirdiyi, nəticədə həmin körpüdə də avtomobil və metro hərəkətinin müvəqqəti dayandırıldığı bildirilmişdi.
No Comment! Be the first one.