Kolumbiyada güclü zəlzələ: 74 nəfər həlak oldu
Kolumbiyanın qərbində 7,4 maqnitudalı güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.
hadiseler.info xəbər verir ki, dağıntılar altından meyitlərin çıxarılması prosesi davam edir.
Dağıntılar fərqli bölgələrdə qeydə alınıb. Risaralda departamentində 40, Valye-del-Kaukada 27, Kaldasda 3, Çokoda isə 4 nəfər həyatını itirib. Axtarış-xilasetmə tədbirləri davam edir. Bu səbəbdən ölü sayının artacağı istisna olunmur.
Zəlzələnin episentri paytaxt Boqotadan 280 kilometr qərbdə yerləşib. Təkanlar ölkənin böyük hissəsində güclü hiss olunub.
.
No Comment! Be the first one.