Kolumbiyada kömür mədənində dəhşətli partlayış: 6 nəfər həlak oldu
Kolumbiyanın mərkəzində yerləşən Kundinamarka departamentində kömür mədənində baş verən partlayış faciə ilə nəticələnib.
hadiseler.info xəbər verir ki, qəza Kukunuba şəhərində yerləşən “El Porvenir 1” kömür mədənində qeydə alınıb.
Kundinamarka qubernatoru Xorxe Emilio Rey xilasetmə əməliyyatının başa çatdığını və mədəndə mahsur qalan 6 fəhlənin cansız bədəninin tapıldığını təəssüflə açıqlayıb.
Məlumata görə, sözügedən mədən yaxın vaxtlarda Milli Mədən Agentliyi tərəfindən yoxlanılıb və təhlükəsizlik qaydalarının pozulması səbəbindən orada işlərin dayandırılması barədə qərar verilib. Qubernator xəbərdarlığa və fəaliyyətin dayandırılması göstərişinə baxmayaraq, mədəndə işlərin niyə davam etdirildiyinin xüsusi nəzarətlə araşdırılacağını bildirib.
No Comment! Be the first one.