Konqoda ebola virusundan 4 mindən çox insan öldü
Konqo Demokratik Respublikasında ölümcül Ebola virusunun yayılması kritik həddə çatıb.
hadiseler.info “Al Jazeera”ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son rəsmi göstəricilərə görə, ölkədə 8 728 yoluxma və 4 205 ölüm faktı təsdiqlənib.
Təhlükəli epidemiya artıq ölkənin yeddi əyalətini və 64 səhiyyə zonasını əhatə edib. Şimali Kivu əyalətinin Alimbonqo bölgəsində də ilk yoluxma və ölüm halları qeydə alınıb. Virusa yoluxma artıq qonşu ölkələrə də sıçrayıb; Konqodan Uqanda vasitəsilə Nayrobiyə gedən Keniya vətəndaşı xəstəlikdən vəfat edib. Səhiyyə qurumları həmin şəxslə təmasda olan onlarca insanı nəzarətə götürüb.
“Sərhədsiz Həkimlər” təşkilatı xəstəxanalarda çarpayı çatışmazlığının yaşandığını bəyan edib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, hazırda tüğyan edən Bundibugyo ştamına qarşı təsdiqlənmiş xüsusi vaksin və ya dəqiq müalicə üsulu mövcud deyil.
No Comment! Be the first one.