Konqoda iki məktəbdə dəhşətli yanğın: 21 şagird həlak oldu- FOTOLAR
Konqonun Bukavu şəhərində yerləşən iki təhsil müəssisəsində faciəvi yanğın hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, “Furaah” və “Ujamaa” məktəblərində qeydə alınan güclü yanğın nəticəsində azı 21 şagird həlak olub, çox sayda insan isə ağır yaralanıb.
Ölkənin Təhsil Nazirliyinin verdiyi məlumata görə, həyatını itirənlərdən 15 nəfəri alovdan qaçmağa çalışarkən yaranan basırıq və izdiham səbəbindən vəfat edib. Vəziyyəti ağır olan yaralıların varlığı səbəbindən tələfat sayının artacağı istisna edilmir.
Hazırda yanğının başvermə səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.






No Comment! Be the first one.