Kosmosa çıxan ilk fransız qadın astronavt nə qədər maaş alır?
hadiseler.info xəbər verir ki, kosmosa çıxan ilk fransız qadın astronavt Sofi Adenot amerikalı həmkarı Anil Menon ilə birlikdə nasaz antenanı sökmək üçün ilk dəfə açıq kosmosa adlayıb. Bu tarixi addımdan sonra fransız mühəndis və astronavtın aldığı əməkhaqqı ictimaiyyətdə maraq doğurub.
Fransa mətbuatının məlumatına görə, Sofi Adenotun maaşı gözlənilənlərin əksinə olaraq elə də yüksək deyil. Məlumata əsasən, astronavt aylıq təxminən 7 647 avro ilə 8 464 avro arasında əməkhaqqı alır.
Ailəli və bir övlad anası olan fransız astronavtın aylıq maaşı ilə yanaşı, müxtəlif sosial güzəştlərdən və imtiyazlardan da yararlandığı bildirilir.
No Comment! Be the first one.