Kürdəmirdə 91 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran BAĞLANDI- FOTOLAR
Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında kütləvi qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
hadiseler.info xəbər verir ki, toy məclisində istifadə olunan qida məhsullarının toy sahibi tərəfindən restorana təqdim edildiyi bildirilib.
Araşdırma çərçivəsində təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan heyətdən, mətbəxdəki səthlərdən və avadanlıqlardan laborator analizlər üçün yaxma nümunələri götürülüb. Mütəxəssislərin araşdırmaları yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti rəsmən məhdudlaşdırılıb.
Qeyd edək ki, sözügedən toy məclisində zəhərlənən şəxslərin sayısı 91 nəfərə çatmışdı. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda da araşdırmalar davam etdirilir.





No Comment! Be the first one.