Kürdəmirdə iki yük maşını toqquşdu – Ölən var
Bakı–Qazax magistral yolunun Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mahmud Əliyevin idarə etdiyi “Isuzu” markalı yük avtomobili yol kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə çırpılıb.
Ağır qəza nəticəsində “Isuzu”da olan sərnişin, 1980-ci il təvəllüdlü Taleh Cabbarov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü Mahmud Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.