ABŞ-də 16 yaşlı yeniyetmə məktəbə atəş açdı
ABŞ-nin Oreqon ştatının Bend şəhərində yerləşən ibtidai məktəblərdən birində 16 yaşlı yeniyetmənin atəş açması nəticəsində 3 şagird və 1 müəllim həlak olub.
hadiseler.info xəbər verir ki, bu barədə BBC yerli polisə istinadən məlumat yayıb.
Həyatını itirən uşaqların 5, 8 və 11 yaşlarında olduğu bildirilir. Hücum nəticəsində 7 yaşlı daha bir şagird və 54 yaşlı müəllim ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, silahlı şəxs bağlı qapılara atəş açaraq məktəbin binasına daxil olub. Hücum edən yeniyetmənin bu təhsil müəssisəsi ilə hər hansı əlaqəsinin olub-olmadığı hələlik məlum deyil.
Bina daxilinə hücum edən cinayətkar məktəbə girdiyini görən və onu izləyən mülki şəxs – yerli sakin tərəfindən zərərsizləşdirilib. Oreqon qubernatoru Tina Kotek hücum edəni güllələyən şəxsə təşəkkür edərək, onun qəhrəmancasına müdaxilə etdiyini və daha böyük faciənin qarşısını aldığını vurğulayıb.
No Comment! Be the first one.