Pakistanda məktəbin damı uçdu: Onlarla şagird və müəllim həlak oldu
Pakistanın Peşəvər şəhərində özəl məktəblərdən birinin damının çökməsi nəticəsində 32 şagird və 1 müəllim həyatını itirib, 20 nəfər yaralanıb.
hadiseler.info xəbər verir ki, faciəvi hadisə şəhərin Afridi Abad bölgəsində dərslər davam edərkən qeydə alınıb.
Yerli xəstəxananın mətbuat katibi Məhəmməd Asim bildirib ki, yaralananlardan bəzilərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Başından ağır xəsarət alan 3 şagirdin müalicəsi isə intensiv şəraitdə davam etdirilir. Hadisə ilə əlaqədar tibb müəssisəsində fövqəladə rejim elan olunub.
Səlahiyyətli qurumlar dağıntılar altında qalan bütün şagirdlərin çıxarıldığını və ərazidə başqa xəsarət alanın olmadığını açıqlayıblar. Qəza nəticəsində həlak olan və yaralanan uşaqların 14 yaş və daha kiçik yaş qrupuna aid olduğu bildirilir.
No Comment! Be the first one.