Lukaşenkonun ŞƏT-ə çağırışı: “İnsanlar bizdən konkret addımlar gözləyir”
Belarus Prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində konkret addımlar atmasının vacibliyini bildirib.
hadiseler.info APA-ya istinadən xəbər verir ki, bu barədə Belarus dövlət başçısı Bişkekdə keçirilən “ŞƏT plyus” formatındakı görüşdə çıxışı zamanı bəyan edib. Lukaşenko insanların çoxqütblülük istiqamətində real nəticələr gözlədiyini diqqətə çatdıraraq vurğulayıb ki, zaman itirilərsə, təşkilat BMT-nin hazırkı acınacaqlı vəziyyətinə düşə bilər.
Belarus Prezidenti əlavə edib ki, ŞƏT ölkələrinin iştirakı olmadan iqlim dəyişikliyi, epidemiyalarla mübarizə və enerji bazarlarının sabitləşdirilməsi kimi qlobal problemlərin həlli mümkün deyil. Onun sözlərinə görə, ŞƏT ilə BMT arasında əməkdaşlığın gücləndirilməsi beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə, terrorizm, kibertəhdidlər və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə mühüm töhfə verə bilər. Lukaşenko ŞƏT-in perspektivdə BMT-nin yenilənməsi üçün bir katalizator rolu oynaya biləcəyini də qeyd edib.
No Comment! Be the first one.