Sahibə Qafarovaya yeni vəzifə verilməsi planlaşdırılır
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi vəzifəsinə namizədliyini irəli sürüb.
hadiseler.info xəbər verir ki, Milli Məclisin spikeri bu barədə Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 65-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Sahibə Qafarova Parlamentlərarası İttifaqda rəhbər vəzifəyə namizədliyinin irəli sürülməsini böyük şərəf adlandırıb. O qeyd edib ki, seçkilər bu ilin oktyabr ayında Tanzaniyada Assambleyanın keçiriləcəyi vaxt baş tutacaq. Spiker seçiləcəyi təqdirdə bu məsuliyyətli vəzifəni Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin dəstəyi ilə həyata keçirməkdən qürur duyacağını vurğulayıb. Çıxışının sonunda Qafarova Qoşulmama Hərəkatının yaradılmasının 65-ci ildönümünün mühüm əhəmiyyət daşıdığını bildirərək, təşkilatın birliyini qorumağın, onun səsini gücləndirməyin və beynəlxalq nizama töhfəsini artırmağın kollektiv məsuliyyət olduğunu diqqətə çatdırıb.
No Comment! Be the first one.