Lula da Silva yenidən Prezident seçildi
Braziliyada keçirilən gərgin prezident seçkilərində Luis İnasiu Lula da Silva rəqibini məğlub edərək yenidən ölkə rəhbəri seçilib.
hadiseler.info xəbər verir ki, xarici KİV-lərin yaydığı məlumata əsasən, Lula da Silva seçicilərin 51,76 faiz səsini toplayaraq rəqibi, senator Flavio Bolsonaroya qalib gəlib. Flavio Bolsonaro isə seçkilərdə 48,24 faiz səs qazanıb.
Qeyd edək ki, bu, Braziliya tarixində ilk haldır ki, seçkilərin birinci turunda rəqibindən geri qalan namizəd ikinci turda qələbə qazanmağı bacarır. Xatırladaq ki, birinci turda Flavio Bolsonaro 47,03 faiz, Lula da Silva isə 45,16 faiz səs toplamışdı.
Məlumata görə, Lula da Silvanın yeni prezidentlik müddəti 2027-ci il yanvarın 5-də başlayacaq.
No Comment! Be the first one.