Məşhur aktyor Serhat Kılıçın son görüntüləri yayıldı – Sevgilisinin ifadəsi məlum oldu- VİDEO
İstanbulun Kağıthane rayonundakı evində ölü tapılan 51 yaşlı tanınmış aktyor Serhat Kılıçın həyatda olduğu son anlara aid təhlükəsizlik kamerası görüntüləri və sevgilisi Özlem E.-nin polisə verdiyi ifadə üzə çıxıb.
hadiseler.info “Habertürk”ə istinadən xəbər verir ki, sentyabrın 1-də saat 17:39 radələrində qeydə alınan görüntülərdə Kılıçın binanın dəhlizində hərəkət edərkən son dərəcə yorğun, halsız olduğu və divara söykənərək çətinliklə yeridiyi görünür.
Sentyabrın 5-də aktyorun meyitini təkli kresloda tapan 50 yaşlı sevgilisi Özlem E. polisdəki ifadesində hadisədən əvvəl yaşananları belə danışıb:
“Sentyabrın 3-də saat 11:45 radələrində Serhatın çəkiliş meydançasına gitmədiyini öyrəndim. Zəng edəndə boyun yırtığına görə şiddətli ağrıları olduğunu, çoxlu dərman qəbul etdiyini, lakin ağrının keçmədiyini dedi. Həmin gün saat 16:00-da ağlamaqlı səslə zəng edərək işdən çıxarıldığını, çox kədərləndiyini və heç kimlə danışmaq istəmədiyini bildirdi.
Sentyabrın 5-də zənglərimə cavab verməyincə evinə gəldim. Ehtiyat açarla içəri girəndə onu kresloda hərəkətsiz gördüm. Bədəni soyuq idi, dərhal bacısına və 112-yə xəbər verdim. Onun yüksək təzyiq, qastrit və boyun yırtığı xəstəlikləri var idi, gündə bir neçə növ dərman qəbul edirdi.”
Mənzildə aparılan axtarışlar zamanı qadağan olunmuş maddə də tapılıb və aktyorun vəfatı kayıtlara “şübhəli ölüm” kimi düşüb. Qeyd edək ki, bədənində hər hansı zorakılıq və ya xəsarət izi olmayan Kılıçın dəqiq ölüm səbəbi Məhkəmə-Tibbi Ekspertiza İdarəsində aparılacaq yarılmadan sonra müəyyənləşəcək.
No Comment! Be the first one.